Azərbaycan aktyoru, rejissor dublyajist, əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib. SİA-nın məlumatına görə, bunu aktyorun qızı İlhamə Həbibi sosial şəbəkə hesabında yazıb. O bildirib ki, atası 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub. 1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb.

Dublyaj üzrə ali dərəcəli kinorejissor olub. Azərbaycan Kinematoqrafiya İttifaqının üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə