“Müqəddəs Georgi” gürcü-pravoslav kilsəsi haqqında videoçarx hazırlanıb VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində "Müqəddəs Georgi" gürcü-pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib. Nazirlikdən SİA-ya bildirilib ki, Müqəddəs Georgi kilsəsi Qax rayonunun Qaxingiloy kəndi ərazisində yerləşir. Bu kilsə 1888-ci ildə xristian din əzabkeşi müqəddəs Georginin şərəfinə tikilib.

Kilsə Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.

2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kilsəni ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə