“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb

“Ulduz” jurnalının 2021-ci il üçün ilk, yanvar nömrəsi işıq üzü görüb. SİA-nın məlumatına görə, “Ədəbiyyat qəzeti” ilə birgə layihənin əsasında hasilə gələn jurnalın bu nömrəsi poeziyamızda vətən, Qarabağ mövzusuna həsr olunmuş xüsusi buraxılışdır.

Şeirlərin tərtibatçısı və “Poeziyada Vətən” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, ədəbiyyatşünas-tənqidçi Elnarə Akimovadır. Qeyd edək ki, ən seçmə şeirlərlə tərtib olunan jurnal Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ithafdır.

Bütün xəbərlər Facebook səhifəmizdə