Heydər Əliyev Sarayı yeni “Bizi də tanıyın” layihəsinə start verib FOTOLAR

Heydər Əliyev Sarayı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim edib. SİA-nın məlumatına görə, ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov olan bu layihənin həyata keçirməsində məqsəd gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim edilməsidir.

Layihəyə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri qatılıb. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə Respublika regional musiqi məktəbləri sagirdlərinin də cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...