“Siyasi arenada Azərbaycan gəncləri” mövzusunda onlayn tədbir keçirilib

Respublika Gənclər Kitabxanasının təşkilatçılığı ilə “Siyasi arenada Azərbaycan gəncləri” mövzusunda onlayn söhbət–mühazirə keçirilib. SİA-nın məlumatına görə, onlayn söhbət-mühazirədə Azərbaycan gəncliyinin ictimai-siyasi həyatımızdakı rolundan danışılıb.

“Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” fikrini səsləndirən kitabxananın xarici ədəbiyyat xidmət şöbəsinin müdiri Cəlilova Nübar bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindən biridir. Qeyd edib ki, Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sferalarında aktiv və məhsuldar fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Baş kitabxanaçı Sevil Quliyeva mühazirə iştirakçılarına müasir gəncliyimizin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlətimiz üçün nə qədər önəmli olmasından söz açıb. Bildirib ki, gəncliyimizin sağlam düşüncəli, vətənpərvər ruhda tərbiyə olunmasında kitab, mütaliə və kitabxananın müstəsna rolu danılmazdır.

Sonra tədbir iştirakçıları gənclərin özünü inkişaf sahəsində faydalı olacaq kitabların siyahısı ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə