Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək

Xalq rəssamı Kamil Əliyevin 100 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyi Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfransa ərizə qəbulu elan edir.

Muzeydən SİA-ya bildirilib ki, bu ilin payızında təşkil ediləcək konfransa sənətşünaslar və rəssamlar qatıla bilərlər.

Konfransa material qəbulu üçün son tarix aprelin 30-dək başa çatacaq.

Ətraflı məlumatı [email protected] ünvanına suallar göndərməklə əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə