Qənirə Paşayeva istedadlı gənc rəssam və heykəltəraşlarla görüşüb FOTOLAR

Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssam və heykəltaraşla görüşüb, onların yaradıcılıq planları və qayğıları ilə maraqlanıb.

SİA-nın məlumatına görə, Q.Paşayeva ölkə Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli”, Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini, Xarı bülbül festivalının və Vaqif Poeziya günlərinin bərpasını yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.

Gənc heykəltaraş və rəssamları düşmən üzərində tarixi zəfərimizi öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Qənirə Paşayeva, özünəxas ənənələri olan Azərbaycan heykəltaraşlıq və rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, yaradıcı gənclərə uğurlar arzulayıb.

Görüşdə iştirak edən Azər Nəcəfov, Arslan Məmmədov, Nərmin İsmayılzadə, Süsən Heydərova, Gülü Baxşəliyeva və Elxan Zeynalov səmimi görüş üçün mədəniyyət komitəsinin sədri Q.Paşayevaya təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə