Mədəniyyət naziri: "Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır"

Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Bununla bağlı aidiyyəti dövlət qurumları və ekspertlərlə danışıqların aparıldığını söyləyən nazir bildirib ki, yaxın zamanlarda Zəfər Muzeyinin yeri ictimaiyyətə açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə