Anar Kərimov: "Xudavəng monastırından səkkiz əsrlik freskaların aparılması böyük cinayətdir"

Ermənilər tərəfindən Xudavəng monastırından 8 əsrlik freskaların aparılması, şübhəsiz ki, böyük cinayətdir. Biz dəfələrlə həm UNESCO, həm də digər beynəlxalq təşkilatlar səviyyəsində bunu bəyan etmişik.

SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Ermənilərin bu addımının vandallıq olduğunu və UNESCO-nun 1970-ci ildə qəbul etdiyi konvensiyasına zidd olduğunu söyləyən nazir deyib: “Biz bunu qətiyyətlə pisləyirik və bununla bağlı işlərimizi davam etdirəcəyik. UNESCO-ya bu haqda məlumat verilib və təşkilat tərəfindən buna hüquqi qiymətin verilməsi üzərində çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə