Mədəniyyət Nazirliyi “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” haqqında videoçarx hazırlayıb VİDEO

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi” barədə hazırlanan videoçarxı təqdim edib.

Nazirlikdən SİA-ya bildirilib ki, videoçarxda kilsəsinin Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi kimi (memarı İ.K.Ploşko) inşa edildiyi qeyd edilir.

Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm Ana Kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb. 2008-ci il martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə