Dövlət Tərcümə Mərkəzi Seçim Turlarını davam etdirir

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi məqsədilə keçirdiyi Seçim Turlarının növbəti mərhələsinə start verib.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, turlar ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq sahəsi və dillər üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin mərhələlər üzrə yoxlanılması və sertifikatlaşdırılması əsasında aparılır.

Turlarda iştirak üçün sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, CV) martın 31-dək mərkəzin info@aztc.gov.az ünvanına göndərə, yaxud kağız formatında Bakı şəhəri, Nəsimi rayonu Əlimərdan bəy Topçubaşov küçəsi 74 ünvanına təqdim edə bilərlər.

Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir. Turlarda iştirak ödənişlidir.

Əlavə məlumatı almaq istəyənlər bu nömrəyə (+994 12) 595-10-69 (daxili nömrə 107) zəng edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə