Milli Kitabxana “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlayıb. SİA-nın məlumatına görə, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar və fotolar əks olunub.

Ümummilli lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaq. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə