“Buta”-nın Şamaxı təqdimatı- FOTO

“Buta”-nın Şamaxı təqdimatı- FOTO

Bu gün Şamaxı şəhərinin mədəniyyət sarayında "Azərbaycanfilm" kinostudiyası və "Butafilm" prodüser mərkəzinin istehsalı olan, rejissor İlqar Nəcəfin "Buta" bədii filminin təqdimatı keçiriləcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, şamaxılı kinosevərlər filmdə baş rolları ifa edən Xalq Artisti Rafiq Əzimovla və gənc aktyorlar Tofiq Əliyev və Ləman Abbaszadə ilə, həmçinin filmin müəllifləri ilə görüşəcək.
"Buta"nın Bakı təqdimatından sonra məhz Şamaxıda göstərilməsi onunla bağlıdır ki, filmin çəkilişləri rayonun Zarat kəndində aparılıb və kənd əhalisi filmin yaradılmasında fəal iştirak edib.
Hətta baş rollara çəkilənləri də olub. Təqdimata dəvət olunan zaratlılar özlərini ekranda görə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə