"Yeni Gallery" (Bakı İncəsənət Mərkəzi) sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar Rəssam Hüseyn Haqverdinin "Metamorfoza" adlı fərdi sərgisi açılıb.
SİA-nın məlumatına görə, açılış mərasimində çıxış edən rəssam H.Haqverdi sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib və belə tədbirlərin davamlı olmasını arzulayıb.
Mərasimdə vurğulanıb ki, Hüseyn Haqverdi istedadlı rəssam olmaqla yanaşı, həm də bacarıqlı heykəltəraş kimi tanınır. Onun yaratdığı çoxsaylı heykəltəraşlıq nümunələri bir sıra beynəlxalq sərgilərdə və simpoziumlarda nümayiş etdirilib.
Tanınmış rəssam-heykəltəraşın ən məşhur əsərləri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılışına həsr etdiyi "Xəzər" monumental mozaik pannosu, həmçinin Bakıdakı Katolik kilsəsində qoyulmuş Deva Mariya heykəli hesab olunur. Sənətkarın işlərinin böyük bir hissəsi Müasir İncəsənət Muzeyində, Mədəniyyət və Turizm Nazirliyinin kolleksiyasında, həmçinin xarici ölkələrdəki bir çox fərdi kolleksiyalarda saxlanılır.
Sərgi mayın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB