“Cəngi” etno-caz qrupunun yaratdığı kompozisiya beynəlxalq festivalda səsləndirilib FOTOLAR

Rusiya Federasiyasıın Sankt-Peterburq Mədəniyyət Komitəsinin dəstəyi və Sankt-Peterburq Teatr və Musiqi Muzeyinin təşkilatçılığı ilə "Dünya Musiqiləri" adlı Beynəlxalq Etnik Festival keçirilib. SİA-nın məlumatına görə, Rusiyanın məşhur sosial şəbəkəsi olan “Vkontakte”, "Böyük Efir" telekanalının "Üçrəngli Kino və TV" tətbiqləri və “Rusiya Federasiyasının Mədəniyyət” portalında onlayn formatda yayımlanan festival artıq beşinci ildir ki Sankt-Peterburq şəhərində keçirilir.

Festivalda Rusiyanın müxtəlif bölgələri və xarici ölkələrin iştirakçıları ilə yanaşı, Azərbaycandan Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu tərəfindən Dave Brubeckin “Take Five” əsərinin milli musiqi alətlərində ifası adıçəkilən festivalda səsləndirilib. Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan Portalının “Evdə qal evdə yarat” təşəbbüsü çərçivəsində yaradılan kompozisiya auditoriyanın böyük marağına səbəb olub.

Festival iştirakçıları 2021-ci ilin avqust ayında Sankt-Peterburq şəhərinin Şeremetyev Sarayında açıq havada keçiriləcək növbəti "Dünya musiqiləri" beynəlxalq etnik festivalında çıxış etmək üçün dəvət ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...