Sabah “Qızıl Kəlmə” sahiblərinə veriləcək

Sabah “Qızıl Kəlmə” sahiblərinə veriləcək

Mayın 6-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 2011-ci il üzrə "Qızıl Kəlmə" Ədəbi Mükafatının təltifolunma mərasimi keçiriləcək.


SİA-nın xəbərinə görə, əsasnaməyə uyğun olaraq 2011-ci il üzrə "Qızıl Kəlmə" Ədəbi Mükafatı elan edilmiş, cari ilin 1 mart tarixində təqdimat başa çatmış, müsabiqəyə 25 əsər daxil olub. Bütün əsərlər münsiflər heyətinin hər bir üzvü tərəfindən oxunmuş və 3 may 2011-ci il tarixində Müsabiqə Komissiyasının yekun iclası keçirilib. Əsasnaməyə uyğun səsvermənin nəticələri ümumiləşdirildikdən sonra yetərli keçid balları toplayan əsərlər müəyyən edilib.
Münsiflər heyətinin yekun protokolu üzrə nəticələr belə olub:


Ədəbi-tənqid və publisistika əsərləri üzrə - Anar. "Unudulmaz görüşlər"

Nəsr əsərləri nominasiyası üzrə - Natiq Rəsulzadə. "Çitayuşiy mısli" romanı və Varis. "Bir ovuc torpaq" romanı.


Poeziya əsərləri nominasiyası üzrə – Əjdər Ol. "Yaşa" şeirlər kitabı və Ağacəfər Həsənli. "Ümidimin adına küçə" şeirlər kitabı.


Bədii tərcümə əsərləri nominasiyası üzrə – Telman Vəlixanlı. M.Dostoyevskinin "Karamazov qardaşları" romanı və Kamran Nəzirli. "Heç kim heç vaxt ölmür" orijinal tərcümələrdən ibarət kitab.


"Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülü – Nəriman Əbdülrəhmanlı. Andrey Platonovun "Seçilmiş əsərləri" tərcümələr kitabı və Əbülfət Mədətoğlu. "Ürəyimdəki sənsən" şeirlər kitabı.

Bütün xəbərlər Facebook səhifəmizdə