İstiqlal Muzeyinin əməkdaşları beynəlxalq vebinarda iştirak ediblər

İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasının 75-ci ildönümü münasibətilə Rusiya Federasiyası Böyük Vətən müharibəsi muzeyinin təşkilatçılığı ilə “Açıq mədəniyyət – təhsil forumu “Qələbə” mövzusunda beynəlxalq vebinar keçirilib. SİA-nın məlumatına görə, Rusiya, Belarus, Tatarıstan və Ermənistan muzeylərinin iştirakı ilə keçirilən vebinarda İstiqlal Muzeyinin direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Sədi Mirseyibli və baş mühafiz Aida Axundova da iştirak ediblər.

Vebinarda II Dünya müharibəsinə həsr edilmiş ekspozisiyalar ətrafında elmi müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi 2018-ci ilin dekabrında Böyük Vətən müharibəsi muzeyi ilə əməkdaşlıq barədə memorandum imzalayıb və həmin memorandum çərçivəsində İkinci Dünya müharibəsi ilə əlaqədar muzeydə müxtəlif tədbirlər təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə