Kitabxana pandemiya ilə mübarizə şəraitində oxucularına virtual xidmət göstərir

Kitabxana pandemiya ilə mübarizə şəraitində oxucularına virtual xidmət göstərir

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası pandemiya ilə mübarizə şəraitində oxucularına virtual xidmət göstərir. İdarədən SİA-ya bildirilib ki, bu istiqamətdə kitabxana “Yaradıcı oxucularımız” layihəsini həyata keçirir. Layihə çərçivəsində yazıçı-publisist Sevinc Xəlilqızı (Basqallı) yeni yazdığı “İt və dovşanın dostluğu” nağılını kitabxanaya təqdim edib.

Nağılda xain kirpinin və paxıl tısbağanın yalanlarına inanaraq öz sevimli dostundan ayrılan dovşanın sonda öz səhvini necə başa düşdüyü təsvir edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə