“Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı onlayn forum keçiriləcək

“Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı onlayn forum keçiriləcək

İyunun 25-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Azərbaycan və Özbəkistan uşaqlarının iştirakı ilə “Müstəqilliyimiz xalqlarımızın uğurlarının zirvəsi” adlı beynəlxalq onlayn forum keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan tədbirin əsas məqsədi uşaqlara milli vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanması, müstəqil dövlətlərimizin nailiyyətləri, öz vətənlərinin tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətlər haqqında onlara məlumat verməkdir .

Forumda hər iki ölkənin gələcəyi olan uşaqların məruzələri təqdim olunacaq. Uşaqlar hər iki ölkənin tarixi, mədəniyyəti, dövlət rəmzləri, tanınmış şəxsiyyətləri, tarixi şəhərləri, müstəqilliyi, qazandığı nailiyyətlər, Azərbaycan-Özbəkistan arasında tarixi dostluq və əməkdaşlıq və s. mövzular üzrə məruzələr edəcəklər.

Forumu AMM-nin direktoru Samir Abasov açacaq və tədbirin moderatorluğunu Mədəniyyət Mərkəzinin əməkdaşları həyata keçirəcək.

Forumda əhatəli məruzələrlə fərqlənən uşaqlara AMM-nin fəxri diplomu və hədiyyələr təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə