“Balaca şahzadə” tamaşası onlayn nümayiş olunacaq

“Balaca şahzadə” tamaşası onlayn nümayiş olunacaq

İyunun 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkəsindən məşhur fransız yazıçısı və təyyarəçi Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” povestinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalında saat 12.00-da nümayiş olunacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Oleq Bezrukdur.

Antuan de Sent-Ekzüperi öz qısa ömründə iki həyat yaşayıb - təyyarəçi həyatı, bir də yazıçı ömrü. Əslində onun həyatının bu iki tərəfini bir-birindən ayırmaq da olmaz, çünki yazıçı Ekzüperinin azsaylı əsərləri təyyarəçi Ekzüperinin təcrübəsi, dünyagörüşü, hiss-həyəcanı hesabına yaranıb. Yazıçının şah əsəri sayılan “Balaca şahzadə” povesti əsasında hazırlanan eyniadlı tamaşa həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə