“Evdə qal, vətənpərvərliyini duyur" FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Evdə qal, vətənpərvərliyini duyur” layihəsini uğurla davam etdirir və həyata keçirir. İdarədən SİA-ya bildirilib ki, kitabxananın fəal oxucusu Sevindik Nəsiboğlunun başlatdığı layihəyə müxtəlif təhsil ocaqlarından məktəblilər fəal şəkildə qatılaraq dəstək olublar. Hazırda layihə uğurla davam edir. Növbəti qoşulan fəal gənclər Ağa Şeydayev, Ədilə Əliyeva, Həzrət Əzizli və vətənə olan hiss və duyğularını onlayn şəkildə təqdim ediblər.

Şagirdlər #evdəqalvətənpərvərliyini duyur haştəqi vasitəsilə bütün məktəbli dostlarına səsləniblər.

Qeyd edək ki, layihəyə Azərbaycanın dilbər guşələrindən olan Ağdam, Şuşa, Laçın rayonlarının məktəbliləri də qoşulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...