“Vəsiyyət” tamaşası nümayiş ediləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan "Vəsiyyət" tamaşası iyunun 5-də teatrsevərlər üçün növbəti dəfə təqdim olunacaq. SİA-nın məlumatına görə, sənət ocağının "facebook"dakı səhifəsi vasitəsilə canlı təqdim olunacaq tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasında səhnələşdirilib. İkihissəli qara komediyanın quruluşçu rejissoru Əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə