“Muğam axşamları” layihəsi yeni formatda təqdim ediləcək

Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” möhtəşəm layihəsi tamaşaçılara yeni formatda təqdim ediləcək. SİA-nın məlumatına görə, bundan sonra isə BMM canlı konsertləri ilə bərabər “Muğam axşamları” layihəsini həm də Mərkəzin yeni yaradılan TV studiyası tərəfindən mərkəzin "Youtube" kanalı, "Facebook" və "İnstagram" səhifələri vasitəsilə yayımlayacaq. Bütün muğamsevərləri “Muğam axşamları” nın səfasına dəvət edirik!

Qeyd edək ki, artıq 4 ildən çoxdur ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş “Muğam axşamları” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizi gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar hər zaman böyük maraq göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə