“Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələri elan edilib

“Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələri elan edilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə məktəblilər arasında keçirtdiyi “Sən elə bir zirvəsən ki...” adlı esse müsabiqəsinin nəticələrini elan edib. SİA-nın məlumatına görə, onlayn müsabiqədə Bakı şəhəri üzrə 21 məktəbli iştirak edib. Təqdim olunan esselər kitabxananın “facebook” səhifəsində paylaşılıb.

Səs çoxluğu əsasında 722 səs toplayan (ən çox bəyənilmiş esse) 192 saylı məktəbin 4-cü sinif şagirdi Selcan Alagözova qalib seçilib.

Yazılan esselərdə məktəblilər Ulu Öndərə olan hədsiz məhəbbətlərini səmimi sözlərlə ifadə ediblər.

Qeyd edək ki, esse müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndərin bənzərsiz həyat yolunun böyüməkdə olan gənc nəslə təbliğ edilməsi, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə