Onlayn seminar musiqişünas-alim Viktor Belyayevin yaradıcılığına həsr olunub
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) elm və təhsilin əlaqələndirilməsi prosesi beynəlxalq təcrübə əsasında həyata keçirilir. Bu təhsil müəssisəsinin elmi-tədqiqat laboratoriyası öz iş planına uyğun olaraq, musiqi sənətinin müxtəlif problemlərinə həsr olunan distant elmi seminarlar təşkil edir. Daha bir onlayn seminar aprelin 30-da təşkil olunub.
BMA-dan SİA-ya bildirilib ki, seminarda əməkdaşlarla yanaşı, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incənət xadimi, professor Gülnaz Abdullazadə, professor Arif Əsədullayev, kafedraların müəllimləri, doktorantlar iştirak ediblər.
Budəfəki seminar görkəmli musiqişünas-alim, sənətşünaslıq doktoru, Moskva Dövlət Konservatoriyasının professoru Viktor Belyayevin Azərbaycan musiqinə dair tədqiqatlarına həsr olunub.
Seminar çərçivəsində aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin "Viktor Belyayev və Azərbaycan musiqişünaslığı" mövzusunda məruzəsi dinlənilib. Seminar müzakirələrlə davam edib, maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB