Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzi hər gün axşam saat 21:00-da "Instagram" vasitəsilə gül balalara "Yuxunuz şirin olsun" layihəsi çərçivəsində mərkəzin Kukla teatrının onlayn tamaşalarını təqdim edir.
İdarədən SİA-ya bildirilib ki, aparıcının və bir-birindən fərqli kuklaların ifasında maraqlı nağıllar obrazlı şəkildə uşaqlara danışılır. Balaca dostlar nağıllarla yanaşı, maarifləndirici məlumatları dinləyir, onlara evdən çıxmayıb dərsləri ilə məşğul olmaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB