Lənkəran teatri virtual tamaşalarin nümayişinə başlayir

Lənkəran Dövlət Dram Teatrı bəşəriyyətin bəlasına çevrilən COVİD 19- koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar “Evdə qal, tamaşa izlə!” devizi altında sosial şəbəkə üzərindən virtual tamaşaların nümayişinə başlamağa qərar verib. SİA-nın məlumayına görə, bu barədə məlumat verən teatrın direktoru Tofiq Heydərov bildirib ki, yaradıcı kollektiv həmçinin cari ilin repertuarında olan fransız dramaturqu Marsel Berkye Morinyenin “Oğru” əsərinin onlayn qaydada məşqlərini davam etdirir.

Virtual tamaşaları Lənkəran Dövlət Dram Teatrının “YouTube”, “Facebook”, “Instagram” səhifələrindən izləmək mümkündür.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...