Xalq artisti Rafael Dadaşov son mənzilə yola salınıb. SİA-nın məlumatına görə, 74 yaşında dünyasını dəyişən aktyorun nəşi yaşadığı evdən götürülüb.
R.Dadaşovun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana gətirilib. Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, millət vəkili Qənirə Paşayeva da iştirak edib.
Əbülfəs Qarayev media nümayəndələrinə açıqlama verib: "Çox xəstələnmişdi. Cənap Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva onun səhhəti ilə bağlı lazım olan bütün tapşırıqları vermişdi. İndiki şərait vida mərasiminə imkan vermədi. Amma vəziyyət düzələndən sonra Rafael Dadaşovun xatirəsinə ədəbi gecə keçirəcəyik. Çalışdığı teatrda onun xatirəsini yada salacağıq. Gözəl insan, yaxın dost idi".
Rafael Dadaşov II Fəxri Xiyabanda torpağa tapşırılıb.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB