Ölkəmizlə bağlı ekran əsərinin rejissoru: Azərbaycandakıdakı tolerantlıq mühiti bizi valeh etdi

Azərbaycan mədəni, etnik və dini baxımdan çox zəngin ölkədir. Dünyada çoxsaylı müsəlman ölkələrində olub və reportajlar hazırlamışıq. Ancaq Azərbaycan bizi ən çox heyrətləndirən ölkə oldu. Xüsusilə oradakı tolerantlıq mühiti, müxtəlif dini icmaların birgəyaşayışı bizi valeh etdi.

Bu fikirləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində premyerası keçirilən “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin nümayişindən sonra “France 2” telekanalının “İslam” verilişinin, eləcə də ölkəmizlə bağlı ekran əsərinin rejissoru Bualem Geritli (Boualem Gueritli) AZƏRTAC-a müsahibəsində söyləyib.

“Azərbaycanda müxtəlif etnik qrupların, dinlərin nümayəndələrinin öz adət-ənənələri ilə yaşadıqlarının şahidi olduq. Müxtəlif dinlərin nümayəndələrinin dinc birgəyaşayışını sözdə deyil, real həyatda gördük. Azərbaycanlılar çox qonaqpərvərdirlər. Ölkənizlə bağlı göstərilməli çox məqam var, amma təəssüf ki, lentə aldığımız maraqlı anların hamısını göstərə bilmirik”,- deyə B.Geritli bildirib.

O qeyd edib ki, bu ikihissəli filmdə, sadəcə olaraq, azərbaycanlıların etnik, dini, konfessional müxtəlifliyindən danışıb, ölkənin tolerantlıq mühitini göstərə biliblər.

“Azərbaycan islamofobiya nın, irqçiliyin olduğu ölkələrə ən gözəl nümunədir. İnanıram ki, bu filmdən sonra bir çox ölkələr, hətta böyük ölkələr Azərbaycandakı tolerantlıq nümunəsindən bəhrələnəcəklər. Sevindirici haldır ki, bu dəfə bir müsəlman ölkəsi dünyaya nümunə olur”,- deyə B. Geritli vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...