Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının şəhidlərə həsr olunmuş “Əlvida söyləmədən...” kitabı işıq üzü görüb. SİA-nın məlumatına görə, kitabla bağlı müəllifin "Kaspi" qəzetində "Мы должны оставить после себя след..." (“Biz özümüzdən sonra iz qoymalıyıq...”) müsahibəsi yer alıb. Müsahibədə müəllif qeyd edib ki, Qarabağ müharibəsi ilə bağlı materiallar gələcək nəsillərə çatdırılmalı, gənclərə vətənpərvərlik hissi aşılanmalıdır. Müəllif bildirib ki, bu münaqişədə yazıçının əsas silahı qələmdir.
Daha sonra müəllif kitabda mərkəzi yer tutan Qarakənd faciəsi haqqında söhbət açıb. Müsahibə S.Ağa Xəlilqızının aşağıdakı şeri ilə yekunlaşıb:
İnsan – insan olur öz hünəriylə
Millət – millət olur xeyir-şəriylə.
Torpağın qoynunda cəsədləriylə
Azadlıq toxumu səpdi şəhidlər!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB