“Qoca və Mələk” növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında ən populyar tamaşalardan olan “Qoca və Mələk” tamaşası növbəti dəfə repertuara salınıb. Teatrdan SİA-ya bildirilib ki, fevralın 1-də rejissor Elnur Rzayevin quruluşunda izləniləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir.

Plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə