Yusif Şeyxov: “Kann Kino Festivalında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək” - AÇIQLAMA
Bu ilin mayın 21-dən 22-dək Fransada keçiriləcək Kann Kino Festivalında Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. SİA-nın məlumatına görə, bunu açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.
Onun sözlərinə görə, Azərbaycan pavilyonunda daha çox kinomuzun müasir dövrünə aid sənədli filmlər göstəriləcək: "Bu sahədə tammetrajlı ekran əsərlərinə üstünlük veriləcək. Bununla əlaqədar pavilyonda nümayişi nəzərdə tutulan videoçarx hazırlanır. Videoçarxda Azərbaycanın 1898-ci ildən bu günə qədər kino tarixi əksini tapacaq. Festivalda ölkəmizin film çəkilişləri üçün imkanlarını nümayiş etdirən disk də təqdim olunacaq".
Y.Şeyxov onu da qeyd edib ki, festivalda Azərbaycanın kino xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB