Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının rəhbər şəxsləri ilə görüşüb

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının rəhbər şəxsləri ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Qərargahında təşkil olunan ikitərəfli görüşlərdə iştirak edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

İclasda nazir 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib.

Daha sonra 28-30 apreldə Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırılaraq ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub.

Bununla yanaşı, nazir 17-19 mayda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və Sammit çərçivəsində ÜTT-nın Baş Katibi ilə görüşməkdən məmnun olacağını bildirib.

ÜTT-nin əməkdaşı Alla Peressolova İpək Yolu tədbirlərindən söhbət açaraq, nazir Ə. Qarayevi cari ilin noyabr ayında Londonda keçiriləcək 5-ci nazirlər sammitinə dəvət edib.

Görüş zamanı həmçinin ÜTT-nin Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə