“Leyli və Məcnun” operası növbəti dəfə nümayiş olunub FOTOLAR

“Leyli və Məcnun” operası növbəti dəfə nümayiş olunub FOTOLAR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib. SİA-nın məlumatına görə, səhnəyə qoyuluşunun 112-ci ildönümü münasibətilə göstərilən opera dirijor İlahə Hüseynova tərəfindən idarə olunub.

Səhnə əsərində gənc və istedadlı muğam ustası Rəvanə Əmiraslanlı (Leyli), Əməkdar artistlər Elnur Zeynalov (Məcnun), Təyyar Bayramov (İbn-Salam), Cahangir Qurbanov (Nofəl), solistlər Aytən Məhərrəmova (Leylinin anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun anası), Mütəllim Dəmirov (Məcnunun atası) çıxış ediblər.

İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, opera maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə