Qazax şəhər UMM-də əsaslı təmir və yenidənqurma işləri aparılır
Qazax şəhərində fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan 1 nömrəli Uşaq Musiqi Məktəbində Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işləri aparılır. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iş icraçısı Etibar Məmmədov görülən işlərlə bağlı bildirib ki, otaqlarda astar-üzlük, binanın xarici fasadında isə lazımi hissələrə ağlay daşı vurulub.
Qeyd edək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi 1960-cı ildən XIX əsrə aid uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansında olan və Qazax şəhəri, Molla Pənah Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kvadratmetrdir. Məktəbdə 27 sinif otağı, 1 direktor, 1 tədris hissə müdiri otağı, 1 kitabxana var. Musiqi məktəbində fortepiano, skripka, tar, kamança, qarmon, saz şöbələri fəaliyyət göstərir. Musiqi məktəbində 65 nəfər müəllim və 7 texniki işçi çalışır. 253 nəfər şagird Azərbaycan və dünya musiqisi incilərinin sirlərini dərindən öyrənir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB