2020-ci ilin ilk həftəsonu tamaşaları

2020-ci ilin ilk həftəsonu tamaşaları

2019-cu ili maraqlı və zəngin repertuarla başa vuran Sumqayıt Dövlət Dram Teatrı Yeni- 2020-ci ildə də bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcək. Teatrdan SİA-ya verilən xəbərə görə, eyni zamanda ötən ildə teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi olduğu, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi nümayişi bu il də davam etdiriləcək.

Hər zaman tamaşaçıların zövqünü oxşayan, mədəni istirahətini təmin edən Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk ayında klasik komediyalar, müasir dünya dramaturgiyasından nümunələr, eyni zamanda vətənpərvərlik ruhunda əsərlərin nümayişini nəzərdə tutub.

Cari ilin ilk şənbə və bazar günlərində, teatrımız yanvarın 11 və 12-də M.F.Axundzadənin “Hacı Qara” komediyası və Amerika dramaturgiyasından Con Patrikin “Qarını öldürməliyik” əsərini saat 18:00-da tamaşaçılara təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə