"Abşeron" Rəsm Qalereyası Turizm ili çərçivəsində "Azərbaycan deyəndə" kitabını nəşr etdirib. SİA-nın xəbərinə görə, toplunun müəllifi məşhur publisist Eldəniz İbrahimovdur. "Azərbaycan deyəndə" kitabı "Vətən qarış-qarış" seriyasından olan ikinci nəşrdir və SİNAM şirkətinin dəstəyi ilə çap edilib. İnformasiya və naviqasiya dəstəyini Yollar.az portalı göstərib. Kitab Azərbaycan haqqında, onun mədəniyyəti, tarixi və turizm imkanları haqqında geniş məlumatı özündə birləşdirir. Kitabda Azərbaycan mədəniyyətinin incəliklərini, onun tarixini, turizm və infrastrukturun inkişafı üçün geniş imkanlarını aydın şəkildə əks etdirən 400-ə yaxın foto-şəkil var. Nəşrdə materiallar Azərbaycan, ingilis və rus dillərində verilib.
Toplu SİNAM şirkətinin texniki dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.guidemap.az portalına informasiya dəstəyi olaraq hazırlanıb.
Toplu SİNAM şirkətinin texniki dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin www.guidemap.az portalına informasiya dəstəyi olaraq hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB