“Let it snow” adlı Yeni il yarmarkası təşkil olunub

İçərişəhərdə “Let it snow” adlı Yeni il yarmarkası təşkil olunub. SİA-nın məlumatına görə, yarmarkada yerli brendlərin əl işləri və müxtəlif məhsullarından ibarət kolleksiyaları sərgilənib.

Bayram yarmarkasında “Dastan” brendinin məhsulları - keramika, batika, taxta, zərgərlik və dekorativ boyakarlıq sahələrinə aid sənət nümunələri sərgilənib. Həmçinin, ziyarətçilərə brendin aid olduğu “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzində təşkil olunan ustad dərsləri barədə geniş məlumatlar verilib, müsabiqələr təşkil olunub.

Müsabiqəyə qatılan şəxslər “Dastan” brendindən qiymətli hədiyyələr əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə