“Detaşe” violinoçular ansamblı konsert verib

“Detaşe” violinoçular ansamblı konsert verib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Detaşe” violinoçular ansamblının konserti olub. BMA-dan SİA-ya bildirilib ki, rəhbəri Xalq artisti, professor Zəhra Quliyeva olan ansamblın müşayiətlə konsertdə bir-birindən maraqlı ifalar təqdim edilib.

Konsertdə İohan Sebastian Baxın “Ariya”, Qabriel Forenin “Oyanış”, Səid Rüstəmovun “Qurban adına”, “İntizar”, Georgiy Sviridovun “Romas”, Yevgeniy Doqanın “Vals”, İohannes Bramsin “Macar rəqsi” və digər əsərlər ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə