Middlebury İnstitutu ilə BMA arasında dayanıqlı tərəfdaşlıq müzakirə edilib

Middlebury İnstitutu ilə BMA arasında dayanıqlı tərəfdaşlıq müzakirə edilib

ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə Beynəlxalq Təhsil Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Middlebury İnstitutunun Beynəlxalq Təhsilin Menecmenti departamentinin rəhbəri, professor Devid Vik Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) olub.

BMA-dan SİA-ya bildirilib ki, akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüş zamanı ali təhsilin beynəlmiləlləşmə strategiyaları, ali təhsil müəssisələri arasında effektiv və dayanıqlı tərəfdaşlıqların qurulması, mövcud tərəfdaşlıqların keyfiyyət qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.

Günün sonunda qonaq Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra”nın Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə