Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binə qəsəbə Mədəniyyət Mərkəzində İmaməddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Mən bu cahana sığmazam” adlı ədəbi–bədii gecə keçirilib. Baş İdarədən SİA-ya bildirilib ki, tədbir “Odlar Yurdu” rəqs qrupunun “Yüz bir” rəqsi ilə açılıb.
Bədii rəhbər Gülxanım Abbasova İmaməddin Nəsimi yaradıcılığı haqqında tamaşaçılara məlumat verib. Sonra “Rəssamlıq” kursunun hazırladığı sərgi tamaşaçılara təqdim edilib. Bədii qiraətçilər Nəsiminin qəzəllərini söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB