Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış tamaşa nümayiş ediləcək.
SİA-nın məlumatına görə, tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks edilib.
Quruluşçu rejissoru Elşad Rəhimzadənin təqdimatında hazırlanan tamaşada rolları Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva və başqaları canlandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB