“Haqq mənəm, haqq məndədir” FOTOLAR

“Haqq mənəm, haqq məndədir” FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində görkəmli mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyi münasibətilə “Haqq mənəm, haqq məndədir” adlı konsert proqramı təqdim edilib.

SİA-nın məlumatına görə, musiqili gecə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdə institutun “Dədə Qorqud” ansamblının təqdimatında xalq mahnıları və təsniflər səsləndirilib. Bir-birindən əsrarəngiz ifaların təqdim edildiyi konsert proqramı gecəni maraqlı edib.

Bütün xəbərlər Facebook səhifəmizdə