Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib. Baş İdarədən SİA-ya bildirilib ki, əvvəlcə tədbirin aparıcısı bu günün yaranma tarixi haqqında danışıb, müdriklərin və dahilərin bu gün haqqında deyimlərini söyləyib və bütün müəllimlərin bu gözəl bayramını təbrik edərək hər kəsə uğurlar arzu edib.
Sonra həm müəllimlər, həm də məktəbin şagirdlərinin musiqili çıxışları ilə konsert proqramı davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB