Sabah Müasir İncəsənət Muzeyində bir-birindən tamamilə fərqlənən, lakin ruhən yaxın olan üç rəssam - Aida Mahmudova, Fərid Rəsulov və Niyaz Nəcəfovu birləşdirən “ЖИВОПИСЬ” adlı sərgi açılacaq.
SİA-nın məlumatına görə, layihənin hər bir iştirakçısı tanınan üslubu, surətlərin özünəməxsus unikal quruluşu və Abşeron rəngkarlıq məktəbi ənənələrinə əsaslanmasına baxmayaraq, təkrarolunmaz vizual dili ilə fərqlənir. Müəlliflərin emosional təcrübə müxtəlifliyi ilə sərgi ümumilikdə incəsənətə aktual baxışı təqdim edir.
Sərgi avqustun 13-dək ziyarətçilər üçün açıq qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB