"Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir. Şəki Azərbaycanın dolbər güşələrindən biridir. Bu Sarayın hər guşəsində tarixin qoxusu var. Biz bu ərazidə dəfələrlə musiqili proqramlarda iştirak etmişik. Şəkinin həm havası, həm görünüşü, həm də tarixi insanda gözəl ab-hava yaradır". SİA-ya açıqlamasında bu fikirləri Xalq artisti, sevilən muğam ustası Mənsum İbrahimov deyib.
O, əlavə edib ki, Şəki dünyanın diqqətini çəkməyə layiq məkandır: "Şəkinun UNESCO-nun Dünya İrs Siyahısına salınması qərarına çox sevindim. Burada gözəl, mədəni layihələrin keçiriləcəyinə də ümid edirəm. Azərbaycanın dünya ölkələri araasında daim öz yeri, mövqeyi olub. Vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu mühüm qərara yalnız sevinə, fərəhlənə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB