“Afrika qitəsində 600-dək mühafizə zonası var” - Ernesto Ottone Ramirez

“Afrika qitəsində 600-dək mühafizə zonası var” - Ernesto Ottone Ramirez

Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində növbəti panel iclaslar təşkil edilib. SİA-nın məlumatına görə, ilk iclas Afrikada gənclər, innovasiya və davamlılıq mövzusuna həsr olunub. İclasda çıxış edən UNESKO-nun Baş direktorunun müavini Ernesto Ottone Ramirez Afrika qitəsində yüksək demoqrafik inkişafın müşahidə edildiyini, 600-dək mühafizə zonasının olduğunu bildirib, gənclərin qitənin gələcək inkişafında böyük rol oynayacaqlarını vurğulayıb.

Növbəti plenar iclasın mövzusu UNESKO Ümumdünya İrs mərkəzləri və institutlarının fəaliyyətlərinə həsr olunub. İclasda təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının səmərəli icrası ilə əlaqədar irs mərkəzləri və institutların rolu barədə fikir mübadiləsi aparılıb.
Plenar iclaslar müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə