“UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyası hər il müxtəlif məkanlarda keçirilir. Azərbaycanın UNESKO-nun belə bir mötəbər tədbirinə ev sahibliyi etməsi onun həm zəngin tarixə və mədəniyyətə sahib olmasını, həm də bu irsin qorunub saxlanılmasına verdiyi töhfələrin dünyada yüksək dəyərləndirildiyini nümayiş etdirir”. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamadında UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçısı, Komitənin Ərəb ölkələri üzrə regional mərkəzinin direktoru Şadiya Toquan deyib.
O, əlavə edib ki, belə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ölkənizin Bakı Konqres Mərkəzi kimi möhtəşəm məkanı vardır: “Bakı belə tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Azərbaycan dövlətini bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB