“Mən qədim abidələrinizə heyran oldum” - ÖZƏL

“Mən qədim abidələrinizə heyran oldum” - ÖZƏL

Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Abidə Menecerləri Forum”u davam edir. SİA-nın məlumatına görə, sessiyada müxtəlif ölkələrdən olan nüfuzlu nümayəndələr iştirak edir. SİA-nın məlumatına görə Forum iştirakçısı Tim Badman da ölkəmiz və Forum barədə maraqlı fikirlər səsləndirib: “Bu Forum barədə çox söz demək olar. İlk öncə Azərbaycanın neçə qədim bir ölkə olduğunu öyrəndim. Burada yüksək mədəniyyət və qonaqpərvərliyin şahidi oldum. Mən mədəni abidələrinizə heyran oldum. Dünyanın ən qədim ölkəsində yaşayırsınız. Onu da deyim ki, bu Forum çərçivəsində Bakının qədim yerlərini gəzdim, İçərişəhər isə məni sanki keçmişə apardı. Bu hissləri yaşamaq çox gözəldir”.

Bütün xəbərlər Facebook səhifəmizdə