“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında”

“Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında”

Bakıda keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Azərbaycan musiqisinin inciləri UNESKO-nun siyahısında” layihəsi çərçivəsində silsilə tədbirlərdən birincisi Azərbaycan muğam sənətinə həsr olunub. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın “XX əsrin əvvəllərinə aid sənədlərdə muğam tarixindən səhifələr” mövzusunda mühazirəsi dinlənilib. Onun çıxışı muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

Muzeyin Qədim Musiqi Alətləri Ansamblı konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə